Enerji sektorunda rəqəmsal transformasiya

123

Bu fikri “Boston Consulting Group”un (BCG) idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” sessiyasında səsləndirib.

Onun sözlərinə görə, enerji sənayesi uzun müddətdir ki, mürəkkəb hesablama sistemlərindən və qabaqcıl texnologiyalardan istifadə edən sahələrdən biri olsa da, süni intellektin sürətli inkişafı sektorda yeni imkanlar açır.

P.Seşadri qeyd edib ki, süni intellekt xüsusilə məlumatların təhlili, proqnozlaşdırma, qərar qəbuletmə və əməliyyat proseslərinin optimallaşdırılması sahələrində mühüm rol oynayır:

“Süni intellekt müxtəlif istiqamətlərdə tətbiq oluna bilər və xüsusilə proqnozlaşdırma, qərar qəbuletmə və əməliyyat proseslərinin optimallaşdırılmasında mühüm rol oynayır.”

BCG rəsmisinin fikrincə, bu texnologiyaların geniş tətbiqi enerji sektorunda səmərəliliyin artırılmasına, innovasiyaların sürətlənməsinə və yeni inkişaf imkanlarının formalaşmasına şərait yaradacaq.

Bakı Enerji Forumunda müzakirə olunan əsas mövzulardan biri də məhz enerji keçidi dövründə rəqəmsal texnologiyaların, o cümlədən süni intellektin enerji sistemlərinin dayanıqlılığına və məhsuldarlığına təsiridir. Bu baxımdan, süni intellekt gələcək enerji strategiyalarının mühüm elementlərindən biri kimi qiymətləndirilir.