Dənizçilər üçün simulyasiya yeniliyi

168

Dənizçilik sahəsində təlim həlləri üzrə ixtisaslaşmış “Mintra” şirkəti dənizçilərin praktiki təhlükəsizlik hazırlığını gücləndirmək məqsədilə yeni nəsil simulyasiya platformasını istifadəyə verib.

Denizxeber.az bildirir ki, “Unreal Engine” texnologiyası əsasında hazırlanan 3D simulyasiya sistemi ekipaj üzvlərinə real əməliyyat mühitinə yaxın ssenarilərdə qərarvermə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Platforma həm gəmidaxili kompüterlərdə, həm də fərdi cihazlarda istifadə oluna bilir.

İlkin mərhələdə sistemə daxil edilən kurslar əsasən:

  • qəza araşdırmaları,
  • qapalı məkanlara giriş və xilasetmə əməliyyatlarını əhatə edir.

Mütəxəssislərin məlumatına görə, qapalı məkanlarda baş verən qəzalar son illərdə ölüm halları baxımından daha riskli sahələrdən biri hesab olunur.

“Mintra” şirkəti bildirir ki, yeni platforma nəzəri biliklərlə real dəniz şəraiti arasındakı fərqi azaltmağa, ekipaj hazırlığını daha dəqiq ölçməyə və ümumi təhlükəsizlik səviyyəsini yüksəltməyə imkan verəcək.