Tarixi xronika: “Əkinçi”nin banisi Həsən bəy Zərdabinin irsi yaşayır

628

Bu gün Azərbaycan milli mətbuatının banisi, böyük maarifçi və ziyalı Həsən bəy Zərdabinin anadan olmasının 189-cu ildönümüdür.

Denizxeber.az bildirir ki, Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində doğulub. O, Tiflisdə orta məktəbi bitirdikdən sonra Moskva Universitetində təbiət elmləri üzrə ali təhsil alıb.

Zərdabi Bakıda müəllimlik edərək maarifçiliyin inkişafı üçün böyük işlər görüb. O, 1873-cü ildə həmkarları ilə birlikdə M.F.Axundzadənin komediyalarını səhnələşdirərək Azərbaycan teatrının əsasını qoyub, həmçinin 1901-ci ildə Bakıda ilk qızlar məktəbinin açılmasında yaxından iştirak edib.

Onun ən böyük tarixi xidməti isə 1875-ci il iyulun 22-də ilk milli qəzetimiz olan “Əkinçi”ni nəşr etməsi olub. Qəzet iki il fəaliyyət göstərsə də, xalqın maariflənməsində böyük rol oynayıb. Zərdabi sonrakı illərdə də “Ziya”, “Kəşkül”, “Kaspi” kimi qəzetlərdə elmi məqalələrlə çıxış edib.

Böyük mütəfəkkir 1907-ci il noyabrın 28-də vəfat edib və hazırda məzarı Fəxri xiyabandadır. Bu gün Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Dövlət Universitetinin (keçmiş Pedaqoji İnstitut) nəzdindəki qurumlar onun adını daşıyır.