Üzgüçülük üzrə Azərbaycanın U-18 milli komandası 10 günlük təlim-məşq toplanışı keçirmək üçün Slovakiyanın Şamorin şəhərinə yollanıb.
Denizxeber.az bildirir ki, yarışlara hazırlıq xarakteri daşıyan bu toplanışdan dərhal sonra idmançılarımız Almaniyanın Münhen şəhərində təşkil olunacaq U-18 Avropa Çempionatında ölkəmizi təmsil edəcəklər.












