Transxəzər marşrutu güclənir

269

Beyneu–Saksaulsk yeni avtomagistralının çəkilməsi Çin sərhədindəki buraxılış məntəqələrini Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən strateji Aktau və Kurık dəniz limanları ilə birbaşa birləşdirəcək.

Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni avtomobil yollarının tikintisinin başlanmasına həsr olunmuş təntənəli telekonfrans zamanı bəyan edib.

Dövlət başçısının sözlərinə görə, bu iri miqyaslı nəqliyyat-logistika layihəsi Çindən Avropaya Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq və konteynerlərin çatdırılma müddətini üç günə endirəcək. Kasım-Jomart Tokayev vurğulayıb ki, istifadəyə veriləcək avtomobil yolu Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində əsas beynəlxalq nəqliyyat arteriyalarından birinə çevrilərək Xəzəryanı regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.