32 il tamam oldu…

217

Denizxeber.az bildirir ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında tarixi saziş 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında imzalanıb.

“Əsrin müqaviləsi” müstəqil Azərbaycanın iqtisadi inkişafında, eləcə də beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsi olub.Tarixi sazişin imzalanması Azərbaycanın neft strategiyasının formalaşmasında və ölkənin dünya enerji bazarında mövqeyinin möhkəmlənməsində mühüm mərhələ kimi qiymətləndirilir.