Qazaxıstanda Xəzər sahilində ölü suitilər aşkarlanıb

14

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində 10-dan çox ölü suiti tapılıb. Heyvanların kütləvi ölüm səbəbləri hələlik məlum deyil.

Denizxeber.az bildirir ki, Qazaxıstan mediasına istinadən xəbər verir ki, suitilərin cəsədlərini Aktau şəhər sakini Bautino kəndi yaxınlığında təxminən 2,5-3 kilometrlik sahilboyu ərazidə aşkar edib.

Qeyd edək ki, Qazaxıstanın Xəzər sahillərində oxşar hallar əvvəllər də qeydə alınıb. Bu ilin yazında da həmin ərazidə yüzlərlə ölü suiti aşkarlanmışdı.