Britaniya Hərbi Dəniz Qüvvələrinin yeganə buzqıran gəmisi “HMS Protector” sıradan çıxıb

15

Böyük Britaniya Kral Donanmasının yeganə buzqıran patrul gəmisi “HMS Protector” ciddi mühərrik nasazlıqları səbəbindən fəaliyyətini dayandırmalı olub.

Denizxeber.az-ın “The Daily Telegraph” nəşrinə istinadən verdiyi məlumata görə, gəmi ölkədən yola düşərkən hər iki mühərrikində nasazlıq aşkar olunub və nəticədə Devonport hərbi dəniz bazasına geri qaytarılıb. Hərbi Dəniz Donanmasının mütəxəssisləri hazırda təmir imkanlarını araşdırırlar.

Ekspertlər gəminin bərpa olunmaması ehtimalında Britaniyanın 2030-cu ilə qədər Antarktidada ixtisaslaşmış tədqiqat gəmisiz qala biləcəyini və hadisənin ölkə üçün “fəlakətli uğursuzluq” olduğunu bildirirlər. Qeyd olunur ki, nasazlığa ehtimal ki, keyfiyyətsiz texniki xidmət səbəb olub. “HMS Protector” Cənubi Atlantikada Britaniya mövcudluğunun qorunmasında və Folklend adalarına dəstəyin göstərilməsində mühüm rol oynayır.