XIX əsrdə bucaqların müəyyənləşdirilməsi, istiqamətlərin müqayisəsi və dəniz xəritələrinin tərtibi işlərində istifadə olunan əsas naviqasiya alətlərindən biri qrafometr idi.
Qrafometrin yarımdairəvi hissəsində dərəcə bölgüləri yerləşir. Cihazın mərkəzində yerləşən hərəkətli ölçü qolu (alidad) vasitəsilə iki fərqli istiqamət arasındakı bucaq dəqiqliklə ölçülürdü.
“Suraxanı” gəmi-muzeyində nümayiş olunan qrafometr mis ərintisindən hazırlanıb. İncə naxışları, dərəcə şkalası və mərkəzindəki kompası ilə diqqəti cəlb edən bu nadir eksponat naviqasiya tarixinin maraqlı nümunələrindən biridir.
Tarixi eksponatı yaxından görmək istəyənlər “Suraxanı” gəmi-muzeyini ziyarət edə bilərlər.
#ASCO#SuraxanıGəmiMuzeyi#qrafometr#DənizçilikTarixi






