İranın cənub sahillərində PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb

14

İranın cənubunda, Hörmozqan əyalətinin sahillərində balıqçı gəmisinə pilotsuz uçuş aparatı (PUA) tərəfindən endirilən zərbə nəticəsində 3 nəfər xəsarət alıb.

Denizxeber.az bildirir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına və qubernator administrasiyasına istinadən məlumat yayıb.

İnsident Sirik rayonundakı Bondaran kəndindən təxminən 18 dəniz mili məsafədə qeydə alınıb. Ağır yaralanan 3 ekipaj üzvü təcili olaraq xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. ABŞ hərbçilərinin Fars körfəzi və Hörmüz boğazı ətrafında müntəzəm kəşfiyyat uçuşları həyata keçirdiyi və gəmiçiliyə təhlükə yaradan obyektlərə zərbələr endirdiyi bildirilir.