Qara dənizdə “Wide Trader” tankerində yanğın baş verib: 8 nəfər itkin düşüb

11

Qara dənizin Rumıniya sahillərində, Sulina şəhərindən təxminən 13 dəniz mili cənub-şərqdə San-Marino bayrağı altında üzən “Wide Trader” tankerində yanğın baş verib.

Denizxeber.az Agerpres informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası (ANR) məlumat yayıb.

Bildirilib ki, gəminin göyərtəsində ümumilikdə 12 nəfər olub. Hadisə nəticəsində heyət üzvlərindən 4-ü xilas edilib, 8 nəfərin axtarışı isə davam etdirilir. Hadisə yerinə dərhal xilasedici helikopter və “SAR Apollo” axtarış-xilasetmə gəmisi cəlb olunub, ərazidə genişmiqyaslı əməliyyat həyata keçirilir.