Böyük Britaniya hökuməti Eritreyanın qeyri-qanuni miqrantların və cinayət törətmiş vətəndaşlarının geri qaytarılmasına razılıq verməyəcəyi təqdirdə, bu ölkənin bütün vətəndaşlarının Britaniyaya girişinə tam qadağa qoya bilər.
Denizxeber.az BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud xəbərdarlıq edib. Nazirin sözlərinə görə, Eritreya rəhbərliyi La-Manş boğazını kiçik qayıqlarla keçərək ölkədə qalmaq hüququ olmayan şəxslərin və cinayətkarların qəbulundan imtina edir. Cavab tədbiri olaraq Eritreyanın Britaniyadakı diplomatlarının London hüdudlarından kənara hərəkətinə məhdudiyyətlər tətbiq olunub və yüksəkvəzifəli rəsmilər üçün sürətləndirilmiş viza proseduru dayandırılıb. Şabana Mahmud vurğulayıb ki, Eritreya öz vətəndaşlarını qəbul etməyəcəyi təqdirdə, ölkə vətəndaşlarına viza verilməsi tamamilə dayandırıla bilər.





