Lonq Biç limanından yaşıl enerji təşəbbüsü

262

ABŞ-nin Lonq Biç limanı ilk tammiqyaslı metanol bunkerlənməsi əməliyyatını həyata keçirəcək gəmi operatoruna 1 milyon dollar mükafat veriləcəyini açıqlayıb.

“Təmiz yanacaq bunkerlənməsi çağırışı təşviq mükafatı” adlı təşəbbüs dəniz nəqliyyatında metanol yanacağının istifadəsini sürətləndirməyə yönəlib.

Hazırda dünyada təxminən 400 metanol ilə işləyə bilən ikili yanacaq sistemli gəmi fəaliyyət göstərir. Lakin “yaşıl” metanolun məhdud olması səbəbindən onların böyük hissəsi hələ də ənənəvi bunker yanacağından istifadə edir.

Metanol yanacağının istifadəsi istixana qazı emissiyalarını azaltmaqla yanaşı, havanın keyfiyyətinin yaxşılaşmasına da töhfə verir. Bu yanacaqdan istifadə zamanı hissəcik emissiyaları 95 faiz, kükürd oksidləri 99 faiz, azot oksidləri isə 60 faiz azalır.

Təşəbbüs alternativ yanacaq infrastrukturunun inkişafını dəstəkləməklə yanaşı, Lonq Biç limanının təmiz bunkerlənmə mərkəzlərindən birinə çevrilməsini hədəfləyir.

Seanews.az