Bakı Limanında quru yük dövriyyəsində sıçrayış

336

2026-cı ilin yanvar–may aylarında Bakı Limanında aşırılan quru yükün həcmi 950 203 ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77 faiz artım deməkdir.

Denizxeber.az bildirir ki, aşırılan yüklərin əsas hissəsini Türkmənistandan gətirilərək Azərbaycan üzərindən tranzit daşınan kükürd və karbamid təşkil edib. Eyni zamanda, Qazaxıstandan ixrac olunan mis, sink və digər əlvan metal məhsullarının daşınmasında da Bakı Limanının rolu əhəmiyyətli dərəcədə artıb.

Bazar iştirakçılarının yükdaşıma planları və mövcud tendensiyalar nəzərə alınaraq, yaxın aylarda da quru yük daşımalarında müsbət dinamikanın davam edəcəyi gözlənilir.

Mütəxəssislərin fikrincə, artan yük həcmləri Bakı Limanının regionun mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin daha da gücləndiyini göstərir.