Açıq Bakı birinciliyi gənc istedadları üzə çıxarır – FOTO – VIDEO – YENİLƏNDİ

156

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında iyunun 18-də açıq Bakı birinciliyi baş tutub. Yarışda Bakı və Mingəçevir şəhərlərini təmsil edən 100-ə yaxın idmançı qüvvəsini sınayıb.

Denizxeber.az bildirir ki, birincilik üç yaş kateqoriyası üzrə (2008–2009, 2010–2011, 2012–2013-cü il təvəllüdlülər) həm oğlanlar, həm də qızlar arasında təşkil olunub. İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə rəqabət aparıblar.

Yarışın yekununda yüksək nəticə göstərərək qalib gələn idmançılar təşkilatçılar tərəfindən müvafiq diplom və medallarla mükafatlandırılıblar.