“D” hərfi ilə başlayan dənizçilik terminlərini kəşf etməyə davam edirik. Bu buraxılışda gəmi tikintisi, təmiri və dəniz işlərində mühüm rol oynayan üç əsas məfhum — dok, dor və dalğıc haqqında qısa məlumatı təqdim edirik:
- Dok – Gəmilərin təmiri, rənglənməsi və ya tikintisi üçün nəzərdə tutulmuş, suyun səviyyəsini tənzimləməyə imkan verən xüsusi mühəndis qurğusudur. Doklar quru (su vurulub boşaldılan) və üzən (suya batıb-çıxan) növlərə bölünür.
- Dor (Dor ağacı) – Gəminin göyərtəsində şaquli və ya maili quraşdırılan, yelkənləri daşımaq, işıq siqnalları vermək, rabitə antenalarını və yük oxlarını bərkitmək üçün istifadə olunan möhkəm dirəkdir.
- Dalğıc – Sualtı tikinti, təmir, gəmilərin gövdəsinə baxış və xilasetmə işlərini xüsusi geyim və avadanlıqlar vasitəsilə suyun altında peşəkar şəkildə yerinə yetirən mütəxəssisdir.
Dənizçilik terminlərini birlikdə öyrənməyə davam edək!








