AZCON Holding-in icraçı direktoru Şahin Babayev “Peşə Təhsili Forumu–2026”da çıxış edib – FOTO

14

AZCON Holding-in icraçı direktoru Şahin Babayev “Peşə Təhsili Forumu–2026” çərçivəsində çıxış edib.

Denizxeber.az bildirir ki, çıxışda nəqliyyat və kommunikasiya sektorlarında ixtisaslı kadr hazırlığının, insan kapitalının inkişafının və peşə təhsili ilə sənaye arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Forumda texnoloji transformasiya şəraitində rəqəmsal savadlılıq, analitik düşüncə və praktiki bacarıqların müasir mütəxəssislər üçün əsas tələblər olduğu qeyd edilib.

Həmçinin AZCON Holding-in təhsil müəssisələri ilə əməkdaşlıq, istehsalat təcrübəsi və peşəkar inkişaf proqramları vasitəsilə gənclərin praktiki bilik və bacarıqlarının artırılmasına, gələcək kadr potensialının formalaşdırılmasına töhfə verdiyi diqqətə çatdırılıb.

Sonda Peşə Təhsili üzrə Dövlət Agentliyi 10 illik yubileyi münasibətilə təbrik edilib, forum iştirakçılarına uğurlar arzulanıb.