Denizxeber.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş — 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.





