Hər bir töhfə ümumi uğurun parçasıdır

86
DCIM102MEDIADJI_0538.JPG

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Hər töhfə böyük dəyərə çevrilir” devizi ilə xeyriyyə yarmarkası təşkil olunub.

Korporativ Sosial Məsuliyyət çərçivəsində keçirilən tədbirin əsas məqsədi xeyriyyəçilik ənənələrinin təşviqi, eləcə də kollektiv daxilində birlik və sosial məsuliyyət dəyərlərinin daha da gücləndirilməsi olub.

Tədbirin açılışında ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov xeyriyyə təşəbbüslərinin korporativ mühitdə həmrəyliyin möhkəmlənməsinə və sosial məsuliyyət dəyərlərinin təşviqinə mühüm töhfə verdiyini vurğulayıb. O, cəmiyyətə fayda verən bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.

Yarmarka çərçivəsində əməkdaşların hazırladığı rəsm əsərləri, gəmi maketləri, bəzək əşyaları və suvenirlər satışa çıxarılıb. Bununla yanaşı, müxtəlif qida məhsulları da təqdim olunub. Əməkdaşların yaradıcılığını və təşəbbüskarlığını əks etdirən məhsullar alıcılara simvolik qiymətlərlə təklif edilib.

Tədbir çərçivəsində təşkil olunan hərrac da xüsusi maraq doğurub. Hərrac zamanı bir sıra qiymətli əşyalar açıq satışa çıxarılıb. ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun müəllifi olduğu rəsm əsəri ən yüksək qiymətə satılan işlərdən biri olub. O, çıxışında bu kimi xeyriyyə aksiyalarının həm mənəvi, həm də ictimai baxımdan böyük əhəmiyyət daşıdığını bildirib.

Yarmarkadan əldə olunan vəsait ehtiyacı olan uşaqlara yönləndiriləcək.

DCIM\102MEDIA\DJI_0535.JPG