Vaşinqton neft siyasətini yenilədi

158

“ABŞ artıq tankerlərə yüklənmiş Rusiya neftinin satın alınması üçün verilən lisenziyanın müddətini 30 gün uzadıb”.

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində məlumat verib.

Qeyd olunub ki, əvvəlki icazə sənədinin qüvvədə olma müddəti mayın 16-da başa çatmışdı.

Bessentin sözlərinə görə, bu qərar xam neft bazarının sabitliyinə töhfə vermək və enerji təchizatı baxımından həssas ölkələrə tədarükün davamlılığını təmin etmək məqsədi daşıyır.