Bakının sayca 10-cu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Dənizkənarı Milli Parkın ərazisində klassik avtomobillər sərgisi təşkil olunub.
Denizxeber.az bildirir ki, sərgi Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilir. Ziyarətçilər yarış günlərində Formula 1-in fan zonasında müxtəlif retro avtomobillərlə tanış ola biləcəklər.
Formula 1-in sürət və həyəcan dolu ab-havasını tamamlayan sərgi avtomobil həvəskarlarını və ziyarətçiləri avtomobil tarixinin müxtəlif dövrlərinə səyahətə dəvət edir.












