2025-ci ildə Azərbaycanda 63,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu göstərici 2024-cü illə müqayisədə real ifadədə 1 faiz az olsa da, qeyri-neft-qaz sektorunda istehsal 5,5 faiz artıb.
Denizxeber.az bildirir ki, bu məlumat “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əks olunub.
Sənədə əsasən, 2025-ci ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 21,2 milyard manat təşkil edib. Bu vəsaitin 80,2 faizi daxili mənbələr hesabına formalaşıb.
İnvestisiyaların 5,3 milyard manatı (25,2 faiz) neft-qaz sektoruna, 15,9 milyard manatı (74,8 faiz) isə qeyri-neft-qaz sektoruna yönəldilib.
Hesabat dövründə illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz səviyyəsində olub. Bu göstəricilər müəyyən edilmiş hədəf diapazonu daxilində formalaşıb.





